MÜXTƏLİF TƏBLİĞAT ÜSULLARI
  1. Şifahi təbliğatla yanaşı yazılı təbliğat metodu-nu da tətbiq etmək

Hz.Süleyman Səba hökmdarı Bəlqisə məktub göndərərək yazılı təbliğ metodundan istifadə etmişdir ("Nəml" surəsi, 28). Bu gün Allahın dinini anlamaq və bununla bağlı bir mesaj göndərmək üçün mütləq yazılı metoddan istifadə etmək lazımdır. Bunu istər məktub göndərərək, istərsə də kitab, qəzet, jurnal çıxararaq, məqalələr, silsilə yazılar hazırlayaraq yerinə yetirə bilərlər. Yazı daimi olduğundan və beləcə təkrar-təkrar oxuna bildiyindən bu üsul çox təsirlidir.

 

2. Kütləvi təbliğat

Hz.Musa cəmiyyətin rəhbərlərinə təbliğ etməklə yanaşı bütün xalqa da kütləvi təbliğat aparmaq üçün onları bərabər olmağa çağırmışdır ("Taha" surəsi, 59; "Şüəra" surəsi, 39). Bu gün də möminlər kütləyə xitab vasitələri ilə izdihamlı cəmiyyətlərə eyni anda təbliğat apara bilərlər. Yazılı mətbuat, televizor, radio, məktub, kitab kimi vasitələrlə cəmiyyətin bütün təbəqələri ilə əlaqə saxlamaq və Allahın dinini təbliğ etmək mümkündür.

 

3.Cəmiyyətin qabaqcıllarına və rəhbərlərinə təbliğ etmək

Allahın elçiləri yaşadıqları cəmiyyətin rəhbərlərinə, sistem rəhbərlərinə təbliğat aparmışdılar. Çünki onlar cəmiyyətin əlində gücü olan və xalqı idarə edən bir qoludur. Bu səbəbdən mühüm yerlərdə olan insanlarla dialoq qurmaq, onlara təbliğ etmək çox təsirli bir metoddur.

 

4.Təbliğata hazırlıq görmək

Quranda "Əgər onlar cihada çıxmaq istəsəydilər, ona ha-zırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlməzdi. Buna görə də mane oldu. Onlara: "Oturanlarla bərabər siz də oturun!" deyildi" ("Tövbə" surəsi, 46) ayəsi ilə Allah yolunda mübarizə aparmaq istəyənlərin qabaqcadan bu işə hazırlanmasını vacibliyinə işarə edilir.
Bu gün möminlərin ən böyük elmi mübarizəsi insanlara apardıqları təbliğatdır. Bu səbəbdən də aparılan təbliğatlar üçün insanın özünü hərtərəfli hazırlaması çox mühümdür.
Təbliğə hazırlanmanın iki üsulu var. Birincisi, yazılı təbliğatı yerinə yetirmək üçün görülən hazırlıqdır. Qəzet, kitab kimi mətbuat vasitələri ilə aparılan təbliğat üçün araşdırma, yazı və texniki işləri əhatə edən arxa plandakı işləri yerinə yetirmək, maddi imkanı gücləndirmək bir hazırlıqdır. İkincisi, möminin özünü maarifləndirməsi, Allahın dinini anlada biləcək səviyyədə ola bilmək üçün özünü mənən və bilik baxımından yetişdirməsidir.

 

5. Təbliğatda ixtisaslaşmış möminlər yetişdirmək

Allah Quranda möminlərin görməsi vacib olan "iş bölmə"sindən belə söz edir:

"Möminlərin hamısı birdən çıxmamalıdır. Barı, hər tayfa-dan bir dəstə qalsın ki, camaatı (döyüşdən) qayıtdığı za-man onları qorxutsun. Bəlkə, onlar çəkinsinlər!" ("Tövbə" surəsi, 122).

Bütün möminlər təbliğat aparır, mömin camaatı onsuz da eyni zamanda bir təbliğatçı camaatdır. Ancaq Allahın dini üçün ediləcək bir çox iş var və möminlər də bunları bir iş rejimi olaraq daha yaxşı və xeyirli şəkildə yerinə yetirirlər. Təbliğat üçün də yetişmiş, Quranı yaxşı bilən, xitab gücü yüksək olan və yaxşı yazı yazan ixtisaslaşmış möminlərin olması və onların əsasən təbliğat işini aparması da səmərəni və təsiri artırar.


: :