Təbliğdə nələrin söyləndiyi qədər bunların necə söylənməsi də vacibdir. Təbliğat aparanın vəzifəsi sadəcə Quran ayələrini bir-birinin ardınca oxumaq, iman məsələlərini anlatmaq və qarşısındakına "iman gətir" deməkdən ibarət deyil. Bütün bunlarla yanaşı qarşı tərəfin ən çox hansı üslubdan, hansı izahetmə tərzindən təsirlənəcəyini müəyyənləşdirməli, ünsiyyət zamanı həmişə onun reaksiyasını diqqətlə iz-ləyərək anlayıb-anlamadığını nəzarətdə saxlamalı, əgər bir əskiklik varsa, buna uyğun bir metod təşkil etməlidir.
Şübhəsiz ki, təbliğin nəticə verməməsi, qarşı tərəfin inkarda is-rar etməsi də mümkündür. Belə olan halda təbliğin hansı nöqtəyə qdər gedəcəyi, harada kəsiləcəyi və sonda nə etmək lazım gəldiyi də mühüm məsələlərdəndir.
Bütün bu məsələlərlə bağlı Quranda möminlərə yol göstərilir. Ayələrə nəzər salsaq, rəsulların təbliğat apararkən müxtəlif üsullardan istifadə etdiyini, mövcud şərtlərə və qarşılarındakı insanlara görə fərqli metodlardan yararlandığını görərik.
1. Təbliğə uyğun olan insanı müəyyən edə bilmək
Təbliğat aparan əsasən onu bilməlidir ki, hər insan ilk andan iman gətirməyəcək. İnsanlar istər o vaxta qədər olduqları təlim-tərbiyə və təhsilin, istərsə də ətrafındakıların təsiri ilə onlara edilən bu təbliğə mənfi münasibət göstərə, hətta dinləməyi belə rədd edə bilər. Hər insanın qısa müddət ərzində iman gətirməsini düşünmək sadəlövhlük olar. Bu səbəbdən də təbliğ edərkən ilk öncə fitrətən dinə meylli olan və vicdanlı insanları seçmək lazımdır. Əksinə, dini bütün hərəkətləri ilə dinə qarşı çıxan təkəbbürlü birisinə təbliğ etməyin heç bir xeyri yoxdur. Allah kitabında belə buyurur:
"Şübhəsiz ki, sən nə ölülərə başa sala bilər, nə də dönüb ge-dən karlara çağırışı eşitdirə bilərsən! Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar" ("Nəml" surəsi, 80-81).
İman gətirənlər və gətirməyənlər arasındakı fərq başqa bir surədə belə bildirilir:
"And olsun ki, onların əksəriyyəti barəsində o söz gerçək olmuşdur, çünki onlar iman gətirməzlər. Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. O həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. Biz onların önlərinə və arxalarına sədd çəkib bağlamışıq. Buna görə də görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün birdir: iman gətirməzlər! Sən ancaq Qurana tabe olub görmədən Rəhmandan qorxan kimsəni qorxuda bilərsən. Beləsinə bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver!" ("Yasin" surəsi, 7-11).
Mömin təbliğat aparmağa başladığı zaman bu məhdudiyyətlərə görə düşünməlidir. Əgər ünsiyyət qurduğu şəxsdə az da olsa vicdan və səmimiyyət əlaməti görmürsə, təbliğdə israr etmək vaxt itkisi demək olacaqdır. Çünki bir çox ayədə vurğulandığı kimi, insanların çoxu iman gətirməzlər. Möminin vəzifəsi bu çoxluğun arasında yaşayan, ancaq ürəyi imana meylli olan nadir insanları tapıb onları iman gətirməyə dəvət etməkdir.
2. Təbliği insan haqqında qənaətə gələnədək davam etdirmək
Yuxarıda söylədiklərimizə baxmayaraq bir insanın imana meylli olması hesab oluna və bununla da təbliğə başlana bilər. Ancaq təbliğ aparılan zaman izahlardan, reaksiylardan, göstərdiyi münasibətlərdən onun dinə baxışını müəyyən etmək olar. Bu səbəbdən əgər insanın səmimiyyətinin bir əlaməti yoxdursa, təbliği onun haqqında bir qənaətə gələnə qədər davam etdirmək lazımdır. Bu məqamda əgər danışılan şəxsin dinə meylli olmadığı anlaşılsa, möminlər qiymətli vaxtlarını daha xeyirli işlərə və yenə təbliğə xərcləmək üçün bu insandan ayrılırlar.
Bu məqamda unudulmamalıdır ki, qarşı tərəfin iman gətirib-gətirməməsi ilə möminə qiymət verilməz. Möminin vəzifəsi sadəcə olaraq dini təbliğ etməkdir, hidayət vermək isə Allaha məxsusdur. Möminin uğuru ancaq təbliğ fəaliyyətini tam mənada, Allahın istədiyi kimi yerinə yetirməsi ilə ölçülər. Təbliği lazım olan yerdə kəsib daha xeyirli bir işə istiqamətlənmək isə yenə Allahın rizasına uyğun bir hərəkətdir. Mömin imana qarşı çıxan insana Hz.Hudun öz qövmünə söylədiyi aşağıdakı söz kimi bir tərzdə üz tutmalıdır:
"Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!" ("Hud" surəsi, 57).
3. İnsanın müqavimətini və səmimiyyətini incələmək
Təbliğat aparan mömin danışdığı insanın hərəkətlərini ölçüb-biçməli, qarşısındakının söylənənlərə münasibətini diqqətlə incələməlidir. İnsanın qavrama imkanlarına görə bəzən mövzunu, üslubunu dəyişdirməsi və ya onun ruh halına, anlama qabiliyyətinə görə müəyyən bir vaxt ayırması lazım gələcək. Yalnız bu şəkildə təbliğdə bir manevrdən yararlanmaq və təbliğ edilən insana faydalı, ən uyğun münasibət göstərilmiş mümkün olar. Bu üsulla insanın səmimiyyətini də ölçmək olar. Əgər dini öyrənməyə meyli varsa, davam edilir, lakin mənfəət əldə etmək kimi fərqli bir düşüncəsi yaxud da səmimi olmaması qənaəti varsa, vaxtı boş yerə itirmək olmaz.
Bir mövzu anladıldıqdan və ya bir məlumatı verdikdən sonra qarşı tərəfin münasibətinə diqqət yetirmək və ondan sonrakı mövzunu ona uyğun müəyyən etmək Quranda Hz.Süleymanın istifadə etdiyi bir üsul kimi bildirilir. Hz.Süleyman dəstəsindəki Hüdhüdün vasitəsilə Səba hökmdarına bir məktub yolladığı zaman Hüdhüdə bu əmri verir:
"Mənim bu məktubumu aparıb onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!" ("Nəml" surəsi, 28).
4.İnsanınimanı güclənməyincə ibadətə dair təkliflər verməmək
Dini təzəcə tanıyacaq insanların ilk öncə Allaha və axirət gününə iman gətirməsi təmin edilməlidir. Çünki dinin vacib bildiyi şeyləri etməsi üçün bunların məntiqini qavramalı, bu ibadətləri şüurlu olaraq və öz istəyi ilə etməlidir. Belə olmasa, yamsılayaraq nə etdiyini bilməz və ya məntiqini bilmədiyi üçün etmək istəməz. Bu səbəbdən bir insanı dini ibadətləri yerinə yetirmək istəyəcəyi və anlayacağı imani səviyyəyə gətirmək mühüm məsələlərdəndir. Bu müddət ərzində o, soruşana və ya tətbiq edəcəyi qənaəti formalaşana qədər ibadətə aid təkliflər verməmək də olar. Onsuz da Allaha səmimi bir qəlblə iman gətirən və axirət gününə inanan bir insan da vaxtı gəldikcə Quranda göstərilən ibadətləri yerinə yetirməyi özü istəyəcəkdir.
5. Möminlərin güc və əzəmətini göstərmək
Cahil cəmiyyətdə dinin yalnız kasıb insanlara xitab etdiyinə dair batil inanc var. Şübhəsiz ki, bu, məntiqsiz bir sözdür, çünki İslam bütün insanları eyni yola, Rəbbi olan Allahın yoluna dəvət edir. Ancaq cahillərin düşündüyü bu yanlış inancın darmadağın olması üçün bəzən "hərəkətli" nümunələrə ehtiyac var. Dünyanın gözqamaşdıran nemətlərini əldə etmişkən, böyük bir zənginliyə və gücə sahibkən ixlaslı bir şəkildə İslamı yaşayan və sözügedən imkanlarından da din yolunda istifadə edən müsəlmanlar cahillərin öz fikirlərindən ayrılması üçün ən yaxşı nümunədir.
Üstəlik insanlar qüvvəyə, zənginliyə və əzəmətə həsəd aparmağa meyllidir. Gözəl əxlaqlı, səmimi, ancaq maddi tərəfdən güclü olmayan müsəlmanlardan uzaqlaşıb bəsit və əxlaqsız insanlara sonuncular sırf zəngin olduqları üçün rəğbət bəsləmələrinin, onlar kimi olmaq istəklərinin səbəbi budur. Ancaq möminlərin inkarçılardan da çox zənginlik və əzəmət içində görünməsi onların əlindəki bu "psixoloji" mənfəəti möminlərin lehinə çevirəcək.
Quranda Hz.Süleymanın güc və əzəmətini və bunlardan təbliğdə istifadənin vacibliyinin vurğulanmasının səbəblərindən biri də budur. Ayədə Hz.Süleymanın mülkündən təsirlənən Səba məlikəsinin təslim olması belə qeyd edilir:
"Ona belə deyildi: "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. (Bəlqis) dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 44).
Hz.Süleymanın etdiyi kimi, Allahın verdiyi nemətlərdən Allahın dinini tanıtmaqda istifadə edilməsi də bir ibadətdir. Hz.Süleyman yaratdırdığı bir çox sənət əsərindən bu məqsədlə istifadə etmişdir. Digər möminlər də malik olduqları qüvvə və əzəmətdən dinin yayılması üçün vasitə kimi istifadə edə bilərlər.
6. İzah edilənlər haqqında düşündüklərini soruşmaq
Heç vaxt unutmaq lazım deyil ki, təbliğ yalnız bir "anlatma" işi deyil. Qarşı tərəfin fikirlərinin öyrənilməsi, suallarına cavab verilməsi, onu narahat edən məsələlərin dəlillərlə aradan götürülməsi lazımdır. Buna görə ünsiyyət zamanı onun fikri soruşulmalı, əmin olub-olmadığına nəzarət edilməli və buna uyğun olaraq yeni mövzuya və ya üsluba keçilməlidir.
Quranda rəsulların istifadə etdiyi metodlara nəzər salsaq, onların sorğu-sual yolu ilə qövmlərinin fikirlərini öyrəndiyini görürük. Qövmünə "Ey qövmüm, fikirləriniz nədir, deyə bilərsinizmi?..." ("Hud" surəsi, 88) deyə soruşan Hz.Şüeyb buna bir nümunədir. Hz.İbrahim isə bir-birinin ardınca gələn suallarla qövmünə təbliğ edir:
"Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik. İbrahim atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab ver-mişdilər. İbrahim onlara: "And olsun ki, siz də, atalarınız da açıq-aşkar azmısınız!" - demişdi. Onlar: "Sən bizə ciddi de-yirsən, yoxsa zarafat edirsən? - deyə soruşduqda İbrahim belə cavab vermişdi: "Xeyr, Rəbbiniz göylərin və yerin Rəb-bidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm! Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!" Onlar gedən kimi İbrahim bütləri parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. Onlar dedilər: "Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalimlərdəndir!" Müşriklərin bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!" - dedilər. Qalanları: "Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!" - dedilər. Müşriklər İbrahimi tapıb gətirərək: "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?" - deyə soruşdular. İbrahim sındırmadığı iri bütü göstərib: "Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi. Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalimlərsiniz" - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq İbrahimə: "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər. İbrahim dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?"" ("Ənbiya" surəsi, 51-67).
Təbliğat aparan mömin anlatdıqlarının təsirini ölçmək, hansı anlatma üsuluna üstünlük verəcəyini bilmək və həmsöhbətinin qavrama tərzini yoxlamaq üçün arabir suallar verməlidir. Qarşısındakının fikirlərində irəliləyiş olub-olmadığını ölçməli, söylənənlər haqqında nə düşündüyünü öyrənməlidir. Bu yolla insanın həm səmimiyyətini, həm də nəyi necə söyləyəcəyini təyin etmiş olur.
7. İnsanın xarakterinə ən çox uyğun gələn və ən təsirli izahat metodundan istifadə etmək
Təbliğin təsiredici olması üçün söylənənlərin həqiqətə uyğun olması ilə yanaşı anlatma vurğusunun gücü də nəzərə alınmalıdır. Həmçinin Quranda "Rəbbinin yoluna hikmətlə və gözəl öyüdlə çağır..." ("Nəhl" surəsi, 125) hökmü verilir.
Anlatmaq istənilənin üzərində önəmlə durub mövzunun təsirli nümunələrlə, insanın ehtiyacını tam ödəyəcək şəkildə izah edilməsi bunun bir formasıdır. Bununla yanaşı hər kəsin fərqli xarakteri və fərqli ehtiyacları olduğundan eyni danışıq tərzi və xitabdan yararlanmaq olmaz. Buna görə də müxtəlif insanlara fərqli üslublar tətbiq ediləcəyi kimi müxtəlif izahat metodlarıdan istifadə etmək də öz təsirini göstərəcəkdir. Məsələn, bir mövzunu lazım gəldikdə geniş şəkildə, ətraflı olaraq söyləməyin xeyri ola bilər. Bəzən isə arada söhbət açıb qısa və konkret fikirlər söyləmək olar. Bu metodlar qarşıdakı insanın qavrama qabiliyyətini, vəziyyətini və hansı şəkildə daha çox təsirlənəcəyini müəyyən olunmaqla tətbiq edilir.
8. İnsanı fikirləşməyə sövq etmək
Sual verməyin məqsədi qarşı tərəfin fikrini öyrənməklə yanaşı onu müəyyən bir mövzu üzərində düşünməyə vadar etmək də ola bilər. Bu ikincisi təbliğat apararkən çox təsiredici bir metoddur.
Cahil cəmiyyətin xüsusiyyətlərindən biri də Quranda buyurulduğu kimi, düşünməyi bilməməsidir. Bu toplum həyatın həqiqi mənasını düşünməyib sadəcə qazanacağı pul və ya edəcəyi iş haqqında düşünür. Heç biri kainatın necə yarandığını, sahib olduqları bədənin kimin tərəfindən yaradıldığını, ölümlə bərabər insanın hara getməsi kimi təməl iman mövzuları haqqında düşünmür. Fikirləri də sadəcə öz fərdi maddi maraqları üzərində qurulur.
Elə bu səbəbdən də insanı mütləq düşünməyə sövq etmək lazımdır. Həm içində yaşadığı sistemin əyriliyini görməsi, həm də imana aid mövzuları qavraması üçün bu, onun həyatı qədər önəmlidir. Düşünmək insanın öz-özünə bəzi suallar verməsinə, çatışmazlıq və qüsurları görməsinə və düşdüyü vəziyyətdən sıxıntı keçirməsinə səbəb olacaq. Quranda düşünməyin insanlar üçün böyük faydasından da bəhs olunur. Məsələn, bir yerdə insanlara belə xitab edilir:
"De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?" Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər" ("Ənam" surəsi, 46).
Başqa ayələrdə də yenə düşünməklə bağlı məsələlər var:
"De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: "Allahdır!" -deyəcəklər. De: "Bəs onda Allahdan qorxmursunuz?" O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?"" ("Yunus" surəsi, 31-32).
Hz.İbrahim də qövmünün azğınlığının səbəbini onları düşündürərək özlərinə tapdırır:
"Onlara İbrahimin hekayətini söylə! O zaman ki o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "Onları çağırdığınız zaman sizi eşidirlərmi?" Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!" - deyə cavab vermişdilər" ("Şüəra" surəsi, 69-74).
İnanmaq insanın öz iradə və istəyinə veriləcəyi üçün mühüm olan məsələ onu həqiqətlər üzərində düşünməyə sövq etməkdir. Doğrunu görə bilmək üçün insan gərək mövzu haqqında mühakimə yürüdə bilsin. Bu səbəbdən mömin təbliğat apardığı insanı düşünməyə sövq edən tərzdə söhbətlər aparmalıdır.
9. Atalarının dininin təsirindən qurtarmaq
İnsanlarda yaşadığı cəmiyyətin yüz illər boyu meydana gətirdiyi adət-ənənəyə uymaqda, atalarından qalan adətləri davam etdirməyə bir meyllilik var. Əlbəttə, əgər bu adət-ənənə Qurana uyğundursa, bunun bir qorxusu yoxdur. Ancaq Quranda bildirilən həqiqətlərə, İslam qanuna zidd tərəfləri varsa, - çox vaxt belə olur - Allah bunları qadağan edir. Çünki müsəlmanın yolgöstərəni Allahın endirdiyi Kitabdır: bu ilahi yolgöstərənə qarşı çıxdıqları zaman nə atalarının, nə də başqa "müdrik" insanların miras qoyduğu ənənə və qanunlar onun üçün heç bir məna kəsb etmir. Aşağıdakı ayə mövzunu açıq şəkildə hökmə bağlayır:
"Onlara: "Allahın nazil etdiyinə tabe olun!" - deyildikdə, onlar: "Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!" - deyə cavab verərlər. Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə?" ("Loğman" surəsi, 21).
Bu mühüm mövzu şübhəsiz ki, dinin təbliğ edildiyi insana da anladılmalı, o insan "ataların dini"nin yerinə saf və heç bir təsirə məruz qalmayan bir şəkildə Qurana uymağa dəvət edilməlidir. Əks halda onun İslamı qavraması və həyata keçirməsi mümkün olmayacaq.
10. Cahil həyatını tərif etmək və təsirlərini ortadan qaldırmaq
Təbliğ edilən şəxsə anladılması vacib olan yararlı məsələlərdən biri də içindən çıxdığı cahil cəmiyyətin səfalətidir. Beləcə, bu yanlış quruluşu İslam əxlaqının mükəmməlliyi ilə müqayisə edə və aradakı fərqi açıq şəkildə görə bilər.
Dindən uzaq qalmış cəmiyyətlərin yaşayış sistemində insanların əxlaqi təməli, ədalət anlayışı tamamilə tənəzzülə məruz qalmışdı. İctimai münaqişə və qeyri-sabitlik çoxalır, cinayətlərin sayı artır. Ədalətsizliklər də eyni nisbətlə çoxalır. Allahın elçiləri cəmiyyətlərinə yaşadıqları bu azğın vəziyyəti tərif etmiş, nicat tapmaq üçün Allahın buyurduqlarını tapdamamağı və bunlara bağlı qalmağı tövsiyə etmişlər. İnsanların ictimai və fərdi çatışmazlıqların din vasitəsilə aradan götürüləcəyinə, Allahın hökmlərinin cəmiyyətdə tətbiq edilməsi ilə o ədalətsiz sistemin avtomatik olaraq dəyişəcəyinə inanması onları dinə yaxınlaşdıran mühüm səbəblərdən biri olacaq.
Hz.Yusif zindanda ondan yuxu yozumunu soruşan iki şəxslə danışarkən bunları söyləyir:
"...Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tay-fanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr etməz! Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" surəsi, 37-40).
Hz.Yusif təbliğat apardığı insanlara yaşadıqları cəmiyyətin müşrik xarakterini başa salmış və: "Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?!" -deməklə şirklə tövhid arasındakı böyük fərqi göstərmişdi. Şübhəsiz ki, bunu çox ətraflı bir şəkildə də etmək olar. Müşrik xarakterinin meydana gətirdiyi eqoist, tamahkar, mənfəətçi, bəsit və kobud insan modelini anlatmaq və bunun müqabi-lində möminlərin saf xüsusiyyətlərini sadalamaq olar. Şirk nizamının ədalətsiz, zülmkar, saxtakar və mənafe güdən quruluşu təsvir edilə və bunun müqabilində İslamın yaratdığı ideal quruluş ortaya qoyula bilər.
Bu növ müqayisələr cahillərin içindən çıxıb gəlmiş insanı o sistemdən tamamilə uzaqlaşdırıb İslamla şərəfləndirmək üçün çox yararlıdır. Nümunələr isə qarşı tərəfin yaşadığı ictimai həyatdan seçilməlidir.
11. Danışıqlarda istiqamətverici olmaq
Mömin təbliğat apararkən əsl məqsədinin qarşı tərəfə dini anlatmaq və onun inamına vəsilə olmaq olduğunu heç vaxt unutmamalıdır. Çünki qarşı tərəf böyük ehtimalla mövzunu başqa tərəfə çəkməyə meyllidir. Bunu fikrini dini mövzulara cəmləməkdə çətinlik çəkməsi, vicdanında narahatlıq duyması və yaxud da ciddi olmaması kimi müxtəlif səbəblərdən edə bilər.
Mömin bu mövzuda diqqətli davranmalıdır. Əlbəttə ki, eşitmək istəməyən, darıxan birinə nəyisə başa salmağın bir mənası yoxdur. Şüurlu şəkildə mövzunu dəyişdirərək başqa bir üsluba keçmək və qarşı tərəfə dincəlmək üçün vaxt vermək olar. Ancaq söhbətə nəzarət hüququnu qarşı tərəfə verərək onun boş və lazımsız fikirləri ilə və ya əlacsız problemləri ilə məşğul olmaq böyük xəta olacaqdır.
Bir sözlə, mömin danışanda mütləq istiqamətverici olmalıdır. Qarşı tərəfin eşitmək istədiklərindən çox öz fikirlərini söyləməlidir. Hz.Yusifin zindandakılarla danışarkən yararlandığı metod bu baxımdan yaxşı bir nümunədir:
"Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: "Mən (yuxuda) gördüm ki, şərab sıxıram". Digəri isə belə dedi: "Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!" Yusif belə cavab verdi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr etməz! Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz! Ey iki zindan yoldaşım! Sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!"" ("Yusif" surəsi, 36-41).
Göründüyü kimi, Hz.Yusif ona yuxu yozumunu soruşan insanlara əvvəlcə bir təbliğat aparmış, suallarının əsl cavabını isə axırda vermişdir. Əgər əvvəlcə yuxunun yozumunu söyləsə, sonra təbliğata başlasaydı, bəlkə də onu daha az maraqla dinləyəcəkdilər.
Eyni şəkildə Hz.Musa da Fironla danışarkən istiqamətverici bir üsubdan yararlanır:
"Firon soruşdu: "Bəs əvvəlki nəsillərin halı necədir?" Musa belə cavab verdi: "Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!" O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbə-növ bitkilərdən cütlər yetişdirmişik" ("Taha" surəsi, 51-53).
Hz.Yusifin və Hz.Musanın danışıqlarında göstərdiyi bu "ağıl" möminlərin də hər zaman müdrik, ağıllı və yolgöstərici bir danışıq üslubundan istifadə etmələrinin vacibliyinə işarədir. Mömin söhbətin ümumi gedişatına hakim olmalı, söhbəti qarşısındakının istəyinə uyğun şəkildə deyil, özünün lazım bildiyi və çox faydalı olacağına inandığı şəkildə aparmağı və istiqamətləndirməyi bilməlidir.
12. İlk müqaviməti təbliğatı aparanın göstərməsini gözləyib buna görə üsul təyin etmək
Danışıqda istiqamətverici olmağın üsullarından biri də əvvəlcə qarşı tərəfin fikrini və ya ideyasını öyrənib sonra da buna görə bir mövzu və üslub təyin etməkdir. Bu, qarşı tərəfi çox tez tanımaq üçün şərait yaradar və möminin həmsöhbətinin ehtiyacı olmayan bir mövzudan danışaraq vaxtı itirməsinin qarşısını alar.
Quran bu incə taktikanı Hz.Musa qissəsində verir. Hz.Musa ilə Fironun cadugərləri arasındakı dialoq belədir:
"Firon tayfasının əyanları dedilər: "Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır. O sizi yurdunuzdan çıxartmaq istəyir!" Firon da: "Elə isə tədbiriniz nədir?" deyə soruşdu. Onlar dedilər: "Onu qardaşı ilə birlikdə saxla və şəhərlərə sehrbazları yığan adamlar göndər ki, nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!" Sehrbazlar fironun yanına gəlib dedilər: "Əgər biz üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!" Firon: "Bəli, şübhəsiz ki, siz ən yaxın adam ardan olacaqsınız!" - deyə cavab verdi. Sehrbazlar dedilər: "Ya Musa! Ya sən at, ya da biz ataq!" Musa: "Siz atın!" - dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər. Biz də Musaya: "Əsanı tulla!" - deyə vəhy etdik. Bir də baxıb gördülər ki əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Sehrbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər" ("Əraf" surəsi, 109-119).
Hz.Musa Fironu sehrbazlarına "əvvəlcə siz atın" deməklə uğur əldə etmişdir, bu üsul rəsulların yolunu davam etdirən möminlər üçün də hər zaman yararlanacaqları bir qaynaqdır. Əvvəlcə qarşı tərəfin fikrini soruşmaq, əvvəlcə onun düşündüklərini ortaya çıxarıb buna nəzərən bir münasibət və anlatma tərzi müəyyən etməklə o batil fikir quruluşunu yıxmaq daha təsirli olacaq.
13. İnsanı səhv davranışlardan çəkindirən üslublardan istifadə etmək
"Yaxşılığı əmr edib pislikdən çəkindirmə" Quranın müxtəlif ayələrində əmr edilən çox önəmli bir ibadətdir. Bu ibadətin təbliğat aparılan insana qarşı tətbiq edilməsinin vacibliyi də açıqdır: yalnız təbliğat aparmaqla, yəni "yaxşılığı əmr etməklə" kifayətlənməyəcək, eyni zamanda "pislikdən çəkindirmə" hökmü də tətbiq ediləcəkdir.
İnsanı səhv hərəkət və düşüncələri ortaya çıxarılaraq Quran ayələrinə görə, doğru olanlar izah edilməlidir. Yenə eyni hərəkətləri etsə, rəzil bir hala düşəcəyi söylənməlidir. Qarşı tərəfin xətaları əsla ona qarşı deyil, sanki üçüncü bir şəxsdən bəhs edilmiş kimi söylənə bilər. Bunları davam etdirməsinin ağıl və vicdandan kənar bir davranış olacağını söyləyərək doğruları tətbiq etməyə yönləndirilir.
14. Dolayı yolla anlatmaq
Qarşılıqlı söhbətlərdə çox vaxt insanın şəxsinə bir xitab tərzindən istifadə edilir. Ancaq bir təbliğ metodu olaraq bundan başqa bir də başqa şəxslər və insanlar nümunə götürülərək, bəzi izahatlar verilərək, amma yenə qarşıdakına çatdırılmaq istənənləri söyləmək mümkündür. Bu da təbliğat aparanla təbliğ edilən arasında yaranacaq gərginliyi əngəlləmək yaxud da onun müdafiə psixologiyasına girərək ona söylənənlərə qulaq tıxamasına mane olmaq üçün faydalı bir metoddur.
15. Vicdanlı və həssas olmağa istiqamətləndirmək
Təbliğdəki məqsəd sadəcə məlumat vermək, yəni öyrətmək deyil. Əksinə, bundan daha mühüm olan iş qarşı tərəfin vicdanını oyandırmaq, onu səmimi bir nəfs mühasibəsinə sürükləməkdir. Bunun üçün də iki tərəf arasında səmimi və isti bir dialoqun, öyrədici üslubdan çox köməkedici bir üslubun qurulması lazımdır. Hz.İbrahimin qövmü ilə olan dialoqu nəticəsində aparıcı inkarçıların bir vicdan mü-hasibəsi etmək məcburiyyətində qalması buna nümunədir. Quranda belə deyilir:
"Onlar gedən kimi İbrahim bütləri parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb dedilər: "Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalimlərdəndir!" Müşriklərin bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!" - dedilər. Qalanları: "Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!" - dedilər. Müşriklər İbrahimi tapıb gətirərək: "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?" - deyə soruşdular. İbrahim sındırmadığı iri bütü göstərib: "Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi. Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalimlərsiniz" - dedilər" ("Ənbiyə" surəsi, 58-64).
Bu qissədən də göründüyü kimi, vicdan insanın içindəki doğru yolgöstərəndir. İnsanlar vicdanlarına uyduğu zaman düzgün hərəkət edirlər. Bu, dinin özündə də var. Allah rizasına ən uyğun olan davranışı insana vicdanı vasitəsilə bir növ ilham edər. Buna görə də dini öyrənən insanın vicdanı qarşısında ondan səmimi olaraq istifadə etməsini əngəlləyən şeylər varsa (məsələn, ətrafın təsirindən çəkinmək, adətlərdən əl çəkmək və s. kimi), bu əngəlləri ortadan qaldırmaq və onu vicdanına itaət etməyə istiqamətləndirmək lazımdır.
16. Müstəqil düşünməsini təmin etmək
İnsanın doğrunu görə bilməsi, doğru qərar verə bilməsi, Quran ayələrinə görə, yanlış düşüncəsini doğru ilə əvəz edə bilməsi üçün müstəqil düşünməsi əsas şərtdir. Bunun üçün ağlın təzyiqlərdən uzaq olması, təəssübdən təmizlənməsi lazımdır. Dini təzə öyrənən bir insanı cahil cəmiyyətdə bunlara nail olmayacağını düşünərək müstəqil düşünməsini əngəlləyəcək səbəbləri aradan götürən izahlar vermək olar. Bu şəkildə rahat olması üçün şərait hazırlamaq söylənənlərin təsirini artıracaq.
17. Təzyiq göstərməmək və məcbur etməmək
Təbliğat aparan qarşısındakına bir şeyi inandırmaq, fikrini ona qəbul etdirmək məcburiyyətində deyil. Onun üzərinə düşən iş sadəcə Allahın dinini təbliğ etməkdir. Hidayəti və iman gətirməsini ona Allah verəcəkdir. Bu səbəbdən təzyiq göstərməsinin və məcbur etməsinin heç bir köməyi olmayacaq. Həmçinin Quran "Artıq sən öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən. Onların üzərində hakim deyilsən" ("Ğaşiyə" surəsi, 21-22) və ya "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?" ("Yunus" surəsi, 99) kimi hökmlərlə mömini bu davranışdan uzaqlaşdırır. Təzyiq göstərməmək və qarşıdakı insanı inanmaqda sərbəst buraxmaq təbliğat aparanın səmimiliyinə və bir mənfəət düşünmədiyinə dair təsəvvür oyadacağı üçün söylənənləri daha təsirli edəcək.
18. Söylənənlərə biganə qalmamasını təmin etmək
Görünüşdə onlarla danışmağın çox asan, ancaq əslində ən çətin olan insanlar söylənənlərə biganə qalanlardır. Çünki bu tip insanların fikirlərini öyrənmək asan deyil. Söylənənlərə susaraq və ya münasibət göstərmədən təsdiq etmiş kimi görünmələri ilə danışılanları qəbul etdikləri zənn edilir. Əslində daxilən bunu qəbul etmir və ona maraq göstərmirlər. Əks fikirlə mübahisə edən biri heç olmasa reaksiya göstərir və nəhayətdə bir nəticə əldə edilə bilir. Qərarsız və biganə insanın vəziyyəti daha dolaşıq olur. Belə insanları mövzuya cəlb etmək üçün normal danışıq tərzindən başqa onlarda maraq oyatmaq üçün çox təsiredici üsullardan istifadə etmək lazımdır. Məsələn, ölümdən bəhs edib onun da bir gün çürüyüb torpağa qarışacağından, maddənin əslindən və ya onun çox böyük əhəmiyyət verdiyi dəyərlərin boş, mənasız olmasından bəhs edib onu bu vəziyyətdən çıxarmaq olar. İnsanların maraq göstərməsini bu şəkildə təmin etmək olar.
19. Hər kəslə layiq olduğu şəkildə davranmaq
Allahın elçilərinin təbliğat zamanı onlara göstərilən rəftara görə bir üslubdan yararlandığını görürük. Bəzən çox mülayim danışıq tərzindən yararlanan elçilər bəzən də Allahın əzabı ilə qorxudaraq sərt bir danışıq üslubu və davranış tərzi göstərirlər. Həmçinin Allah da insanların dinə və möminlərə qarşı olan rəftarına görə onlara müxtəlif cür davranmağı məsləhət görmüşdür. Məsələn, ikiüzlülərə, Quran ayələrinə qarşı mübarizə aparanlara, inkar edənlərə qarşı sərt davranmağı uyğun görərkən ("Tövbə" surəsi, 73) aman istəyən bir müşrikə də aman verməyi söyləmişdir ("Tövbə" surəsi, 6). Bunun kimi təbliğat aparan mömin də qarşısındakının dinlə və möminlərlə rəftara görə bir üslub və tərz göstərə bilər. Danışıq tərzində və mövzuların izahında dozanı insanların vəziyyətinə görə azaldıb-çoxalda bilər. Üstəlik hərənin bir cür təsirlənməsi və ehtiyacı ola bilər. Kimisini mülayim sözə, kimisinin də konkret bir izaha ehtiyacı var. Bu, bir həkimin qarşılaşdığı müxtəlif xəstələrə aspirin verməkdən, iynə vurmaqdan əməliyyat etməsinə qədər ən müxtəlif müalicələr aparması kimi bir şeydir.
20. Məhv edilmiş cəmiyyətlərdən danışmaq
İnsanı inkara aparan faktorlardan biri ona əbədi olaraq yaşayacağı, heç ölməyəcəyi hissini verən bir aldanmadır. Cavanlar həmişə cavan qalacaqlarını və ya çox uzun müddətdən sonra yaşlanacaqlarını zənn edirlər. Orta yaşlılar da özlərini ömürlərinin uzun olması təsəllisi ilə ovudurlar. Ətraflarındakı mədəniyyət də onların aldanmasına səbəb olur. İnsanlar tərəfindən qurulmuş yüksək binalar, bəzəkli və gözqamaşdırıcı əsərlər, evlər, maşınlar və s. hamısı onlara yaşadıqları həyatın əbədi və sağlam olması ümidini verir.
Əslində, bu aldanma kainatın ilk və ən böyük aldanmasından başqa bir şey deyil. Hz.Adəmin və həyat yoldaşının cənnətdən qovulmalarına səbəb olan günah şeytanın "sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?" ("Taha" surəsi, 120) şəklindəki ifadəsi olmuşdur.
Elə bu səbəbdən də qarşı tərəf, yəni təbliğ edilən çox böyük bir fitnədən qorunmalıdır. Özünü və ətrafdakıları əbədi və sağlam bir varlıqlar cəmiyyəti kimi görməməli və əslində hər şeyin və hamının Allahın iradəsi ilə var olan və O, diləyəndə yox olacaq bir xəyal, fəhm olduğunu öyrənməlidir. Bilməlidir ki, kainatdakı bütün həyat Allahın "Hayy" ("Həyat verən") sifətinin görünməsindən başqa bir şey deyil. Və Allah bu görüntüləri çox zəif və müvəqqəti bir təbiətdə yaratmışdır.
Əvvəllər yaşanmış və Allah tərəfindən yox edilmiş cəmiyyətlərin xəbərləri təbliğat aparılan insanın beyninə yerləşmiş bu aldanmanın silinməsi üçün yararlı ola bilər. Neçə-neçə güclü qövmlər, böyük mədəniyyətlər sırf Allahın əmrinə itaət etmədikləri üçün qorxunc bir şəkildə məhv edilmiş, Onun qəzəbinə gəlmişlər. Quranda belə bildiri-lir:
"Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq" ("Ənam" surəsi, 6).
Allahın elçilərini göndərdiyi bütün cəmiyyətlər dini yalan saymaları və rəsullara qarşı çıxmaları nəticəsində Allah tərəfindən süquta uğradılmışlar. Quranda bu həqiqət "Nəhayət onlar onu təkzib etdilər və buna görə də buludlu günün əzabı onları yaxaladı. Həqiqətən o gün əzabı böyük bir gün idi" ("Şuəra" surəsi, 189) ayəsi ilə bildirilir. Bir başqa ayədə isə belə deyilir:
"Biz heç bir məmləkəti ora peyğəmbərlər göndərmədən məhv etmədik! Peyğəmbərləri öyüd-nəsihət vermək üçün göndərdik. Biz zalim deyilik!" ("Şuəra" surəsi, 208-209).
Həlak olmuş qövmlərin anladılması, hətta bunlardan qalan ar-xeoloji tapıntıların göstərilməsi və içində yaşanılan qövmün də Allah istərsə hər an dağıla biləcəyini anlatması təbliğat aparılanın Allahdan başqa inandığı şeylərin mühüm bir qismini yox edər. Böyük bir güc olaraq qəbul etdiyi mədəniyyət və texnologiyanın insanları Allahın aciz bir bəndəsi olmaqdan uzaqlaşdırmadığını, Allahdan başqa da gü-cünə inanılacaq və qorxulacaq bir qüdrət sahibi olmadığını ona hiss etdirir.
21. Ölümü xatırlatmaq
Mədəniyyətlərin və cəmiyyətlərin məhvi qədər bəlkə də daha çox düşündürücü və "ayaqları yerə bağlayan" bir mövzu varsa, o da insanın məhvi, yəni ölümüdür. Bu səbəbdən insanların çoxu başqalarının ölümünə şahid olduqları halda özlərinin də bir gün mütləq bu aqibətlə qarşılaşacaqlarını, öləcəklərini düşünmür. Bundan həmişə qaçır, sanki heç ölməyəcəklərmiş kimi özlərini aldadırlar. Ölümdən heç bəhs etmir, onu düşünməkdən qaçır və böyük bir qəflət içində yaşayırlar. Halbuki Allah bu hökmü verir:
"Qorxub qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!" ("Cümə" surəsi, 8).
İman gətirənlər isə inkarçıların əksinə olaraq tez-tez ölümü düşünür, etdiklərinin hesabını verəcəklərini bildikləri üçün hər an Allahı razı salmağa çalışırlar. Dini öyrənməyə, Allahı tanımağa başlayan birisinin ölümü düşünməsi, hər an hər yerdə öləcəyini bilməsi onu dərrakəli davranmağa və dini saf bir şəkildə yaşamağa sövq edir.
Bu səbəbdən də insanın imani şüurunu açan bu mühüm mövzunun qarşı tərəfə anladılması çox lazımlı və xeyirlidir. Onun ölüm haqqında düşünməsinin dünyanın müvəqqətiliyini anlayıb dinə yönəlməsinə böyük təsiri olacaq.
22. İnsanın acizliyini anlatmaq
Allahı gərək olduğu qədər qiymətləndirməyən bir insan özü-nün mahiyyətini də qavraya bilməz. Allahın böyüklüyünü və qüdrətini anlamamışsa, özünün acizliyini də dərk bilməz. Bu səthi düşünən insan hər şeyi özünün etdiyini, güclü olduğunu, həqiqətdə Allahın sahib olduğu surətlərə özünün də sahib olduğunu zənn edib öz-özünə lovğalanır. Bu düşüncəyə görə də hər şeyi azğın bir anlayışla görr. Bu səbəbdən onun ətdən, sümükdən olduğunu, damarından cüzi bir zədədən ölə biləcəyini, bədənindəki heç bir şeyə az da olsa təsirinin olmadığını, ağzı qoxuyan, gözü, qulağı, burnu çirklənən, ayaqyoluna ehtiyacı olan aciz və zəif bir varlıq olduğunu yaxşıca tərif etmək lazımdır. Üstəlik onu yaşadanın, nəzarət edib qoruyanın, ona ruzi verənin, bütün güc və qüvvət sahibinin Allah olduğunu, sahib olduğunu zənn etdiyi şeylərin ona Allah tərəfindən verildiyini və sahibinin də O olduğunu, bir sözlə, Allahın böyüklüyünü və öz acizliyini anlaması üçün şərait yaratmaq lazımdır. İnsanın bilməsi vacib olan ən böyük elm Quranda belə göstərilir:
"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükrə layiqdir!" ("Fatir" surəsi, 15). |