GİRİŞ

Allah Quranda iman gətirənlərin başlıca ibadətlərindən birinin təbliğ, yəni Quranda bildirilən həqiqətləri insanlara çatdırmaq və onları iman gətirməyə dəvət etmək olduğunu bildirir. Belə ki, bu ibadət həyatın hər sahəsini əhatə edir. Mömin yaşadığı müddət ərzində sözləri və hərəkətləri ilə Allahın dinini digər insanlar arasında yaymaqla və İslamı təmsil etməklə vəzifələndirilmişdir. Möminlərin öz aralarındakı danışıqları da əslində qarşılıqlı bir təbliğdir. Onlar da bir-birini Quranda bildirilən hökmlərə tabe olmağa, Quranda tərif edilən əxlaqı göstərməyə dəvət edir. Bir sözlə, möminin başlıca işi və əsas metodu təbliğdir. Buna baxmayaraq Qurana görə, inkarçılara aid olan "xarakteristik" üslub isə mübahisədir. Ona "Adəmə səcdə et" ("İsra" surəsi, 61) əmrini verdikdə Allahla - Allahı tənzih edirik - mübahisə edən şeytandan başlayaraq bütün inkarçılara xas olan mübahisə xudbinliyin nəticəsidir ki, bu da təbliğin əksinə olaraq insana heç bir şey qazandırmaz. Ümumiyyətlə, mömin hər zaman təbliğ tərzini qorumalı və inkarçılara aid bir üsul olan mübahisəyə əsla meyllənməməlidir. Allah bir ayəsində möminin mübahisədən uzaq duran və hər zaman təbliği hədəf seçən bir davranışını belə bir hökmə bağlayır:

"Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de ki: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Şübhəsiz, Allah Özü bəndələrini görəndir!"

("Ali-İmran" surəsi, 20).

Bu kitab təbliğin və mübahisənin xırdalıqlarını açıqlamaq üçün yazılıb. Təbliğin hansı məntiq və üsullarla aparılacağı bu saytda təfsilatı ilə incələnmiş, bununla yanaşı mübahisəni yaradan şeytani xarakter də Quran ayələri ilə təhlil edilmişdir. Məqsəd hər şeydə olduğu kimi danışıq üsullarında da Allahın bəyəndiyi yolu seçmək və Onun məsləhət görmədiyi çirkin yoldan çəkinməkdir.


: :