Yəhudilərlə xristianların öz aralarında mübahisələri və ayrı düşmələri Quranda da bildirilir. Belə ki, onlar bir-birinin dinini inkar edir və hər iki tərəf də digərinin bir elmə sahib olmadığını, yalnız öz dinlərini ən doğru olduğunu iddia edirlər. Aralarındakı ayrılıq və parçalanmaya "Sad" surəsinin 2-ci ayəsində diqqət çəkilir: "Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər".
Hər iki dinə mənsub insanlar həqiqətin onların dinlərində olduğunu iddia edirlər. Ancaq bu gün yəhudilik və xristianlıq da təhrif məhv edilmiş və dəyişikliyə məruz qalaraq əslindən sapmışdır. Həqiqətən yeganə dəyişməmiş və Allahın qorumuş olduğu din İslamdır.
Hər iki dində "Allahın oğlu" kimi səhv bir inanc var. Bu azğın inanc "Tövbə" surəsinin 30-cu ayəsində belə ifadə edilir:
"Yəhudilər: "Üzeyir Allahın oğludur", xaçpərəstlər də: "Məsih Allahın oğludur" dedilər. Onların ağzında gəzən bu boş sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də haqqdan üz çevirirlər!" (Tövbə" surəsi, 30).
İki tərəf arasında mənasız mübahisə isə "Hz.İbrahim yəhudimi yoxsa xaçpərəstmi" sualıdır. Quranda belə mübahisə edənlərin nə qədər ağılsız olduqları belə açıqlanır:
"Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir -məgər başa düşmürsünüz? Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, Allah bilir, siz bilməzsiniz! İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi" ("Ali-İmran" surəsi, 65-67).
Yəhudilərlə xristianların dinlə bağlı mübahisələri qiyamət günü Allah tərəfindən kəsiləcək və Allah haqla hökm edəcəkdir:
"Yəhudilər dedilər: "Xaçpərəstlər bir şeyə istinad etmirlər". Xaçpərəstlər də: "Yəhudilər bir şeyə istinad etmirlər" - söylədilər. Halbuki onların hər ikisi kitab oxuyur. Bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!" ("Bəqərə" surəsi, 113). |