MÖMİNLƏR ARASINDA MÜBAHİSƏ
SALMAĞA ÇALIŞANLAR

 

Möminlər Allahın yaratdığı fitrətə görə, qarşılıqlı ünsiyyət və söhbətdən zövq alırlar. Bu söhbətlərində tez-tez Allahı xatırlayırlar, Onun şənini ucaldır və Ona yaxınlaşmaq üçün yollar axtarırlar. Bu nöqteyi-nəzərdən möminlərin öz aralarındakı mübahisələr dinə və yaradılışa uyğun deyil. Onsuz da "Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz" ("Ali-İmran" surəsi, 103) deyə xitab edilən insanlar bir-birilə ancaq söhbət edərlər. Əgər bu mövzuda aralarında fərqli fikirlər olarsa, bunları "istişarə" yolu ilə birlikdə həll edər və düzgün olanı seçib qəbul edərlər. Çünki möminin öz nəfsini digər qardaşlarından üstün tutmaq kimi bir hədəfi ola bilməz. Təkəbbürlü deyil və ümumiyyətlə bir fikir ona aiddir deyə onu qorumaq üçün bəsit davranmaz. Belə əxlaqa sahib insanlardan ibarət bir cəmiyyətdə təbii ki, mübahisə üçün səbəb də ola bilməz.
Bir sözlə, mübahisə bir mömin cəmiyyətinin içinə ancaq "kənardan" daxil olur.
Kənardan gəlmənin isə iki ehtimalı var. Birinci ehtimal bir və ya bir neçə möminin qəflətə düşərək qısa müddətə də olsa Quran əxlaqından uzaqlaşmasıdır. Belə olduqda da cahil mədəniyyətin izləri təkrar görünər və bunun nəticəsi olaraq da şeytanın da qızışdırması ilə mübahisə yarana bilər. Ancaq bu xətanı işləmiş möminlər digər möminlərin müdaxiləsi yaxud sadəcə öz vicdanları ilə tez bunun Qurana müxalif bir davranış olduğunu görür, Allahdan əfv diləyir və mübahisənin yarada biləcəyi hər hansı bir qəlb qırıqlığını da "aranızı düzəldin" ("Ənfal" surəsi, 1) əmrinə uyğun olaraq dərhal "təmir" edirlər.
İkinci ehtimal isə tamamilə fərqlidir. Çünki bu dəfə mübahisə "kənardan" daxilə şüurlu və təşkil edilmiş bir şəkildə gəlir. Bu isə iman gətirmədikləri halda qısa müddət ərzində özünü mömin kimi göstərərək mömin cəmiyyətin içində  sığınacaq tapan münafiqlərə aid bir hərəkətdir. Münafiq xarakterin ən başda gələn mübahisə möv-zuları itaət qavramıdır. Peyğəmbərin (s.ə.v.) tövsiyələrinə əməl etmək münafiqlərə çətin gəlir, onları sıxır. Xüsusilə də öz mənfəətlərinə əks olan mövzularda mübahisə etmək onların məlum xüsusiyyətlərindəndir. Peyğəmbərimizin (s.ə.v.) dövründə savaş şəraitində münafiqlər Allahın ayələri gələndə və Onun elçisi də yanında olduğu halda bir çox mövzu baxımından ayrılıq salmağa başlamışdılar. Bunların başında mübarizədən qaçmaq və ölüm qorxusu gəlir. Peyğəmbər (s.ə.v.) Allah rizası üçün vuruşmalarını əmr etdikdə əslində hər şey açıq məlum olduğu halda vuruşmadan qaçmağa çalışmışdılar. Bəziləri evlərinin açıq olduğunu bəhanə gətirərkən digərləri də Peyğəmbərlə (s.ə.v.) haqq mövzusunda mübahisə etmişdi. Ayələrdə bir çox saxta bəhanələrindən danışılır. Bəziləri vuruşmağı bilmədiyini, digərləri də onları ailələrinin məşğul etdiyini iddia edir. Bir qismi isə isti havanı səbəb göstərir. Allahın onlara cavabı isə çox açıqdır:

"Cəhənnəm odu daha istidir" ("Tövbə" surəsi, 81).

Bütün bunlar münafiqlərin keçirdiyi ölüm qorxusundan irəli gəlir. Onsuz da hər kəs müəyyən edilmiş bir vaxtda öləcək, öz evində yaxud yüksəkliklərdə tikilmiş şatolarda olması belə bunu dəyişdirə bilməz. Bu səbəbdən onlar cəhənnəmin ən alt mərtəbəsinə atılacaq və ən şiddətli cəzalar görəcəklər.
Münafiqlərin bu höcətliyi təbii ki, şeytana uymalarından və onun xarakterik xüsusiyyətlərini daşımasından irəli gəlir. Allah bunu Quranda belə açıqlayır:

"Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Xəbəriniz olsun ki, şeytanın firqəsi - məhz onlar, ziyana uğrayanlardır" ("Mucadilə" surəsi, 19).

Ayədə diqqət çəkən bir məqam da mübahisəçi münafiqlərin bir xüsusiyyəti olan Allahın zikrini unutmaqdır. Əvvəl də bildirdiyimiz kimi, möminlər Allahı tez-tez zikr edər və beləliklə şeytanın onlara zərər verməsinə izn verməzlər. Allah Quranda şeytanın iman gətirən qulları üzərində heç bir təsir gücünün olmadığını bildirir.
Münafiqlərin şeytanla əlaqələri onun xarakterini nümayiş etdirməkdən də irəli getmiş və münafiqlər şeytanın əmrində iş görən bir cəmiyyət halına gəlmişdilər. Bu haqda "Nisa" surəsinin 76-cı ayəsində belə bəhs olunur:

"İman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar. O halda şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!" ("Nisa" surəsi, 76).

Allah münafiqləri həmişə mömin cəmiyyətin içindən çıxarmış, onları bəlli bir zamanda möminlərdən ayırmışdır. Münafiqlərin küfrə qarşı aparılan mübarizədə möminlərlə birlikdə olmasına icarə verməmişdir, çünki bu şəraitdə onların mübahisə və ayrı-seçkilik edəcəklərini bilmişdir. "Tövbə" surəsinin 47-ci ayəsində deyildiyi kimi, birlikdə mübarizə zamanı münafiqlər möminlərə pislik və zərər verməyə çalışacaq və möminlərin arasına fitnə salmaq üçün səy göstərəcəklər. Bu hərəkətlərini gerçəkləşdirmək üçün də rəsulu və Allahın dinini mübahisə mövzusuna çevirəcəklər. Ancaq Allah buna heç vaxt izn verməyəcəyini Quranda bildirmişdir.
Əvvəl də qeyd etdiyimiz kimi, möminlərin münafiqlərə qarşı bir-biri ilə mübahisə etməsi onların xarakterinə ziddir. Qəlbləri Allah tərəfindən uzlaşdırılmışdır və aralarında ayrılıqdan söz gedə bilməz. Görəcəkləri işlərə aralarında müşavirə keçirərək qərar verirlər. Bu yığıncaq mübahisəyə tərəf yönəldiyində Allaha olan dərin bağlılıqları və qurduqları səmimi münasibət onları tez Allahı xatırlamağa və mü-bahisədən əl çəkməyə vadar edir. Höcət xarakterin şeytana və münafiqlərə aid olduğunu bilir və Allaha sığınaraq mübahisədən çəkinirlər.


: :