Quranda möminlərə onlarla mübahisə edənlərə veriləcək cavab olaraq aşağıdakı ayə nümunə göstərilir:
"Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək!" Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah qüvvət, hikmət sahibidir!" ("Ali-İmran" surəsi, 61-62).
Yəni möminlər və kafirlər bir çox şahidin gözü qabağında hesablaşmaqdadır. Hər iki tərəf öz doğrularını ortaya qoyar və yalançıları lənətləyər. Burada möminlərin məqsədi kafirlərin fikirlərinin izdiham içində iqrar etdirilməsidir. Quranda bildirilən bir həqiqət dinin hakim olduğu və insanların dəstə-dəstə dinə gəldikləri dövrdə bir çox insanın qabaqcadan etdiklərini və dediklərini inkar edəcək və özlərini əvvəlcədən möminlərlə birlikdəymiş kimi göstərməyə çalışacaq olmasıdır. Üstəlik möminlərin kafirləri lənətləməsi Allahın istəklərindən biri, dolayısı ilə bir ibadətdir.
Möminlərin bunlara verdiyi cavab belədir:
"...Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!"" ("Şura" surəsi, 15).
Quranda mübahisə edənlərə verilən konkret və təsirli cavab üslubu təbliğat aparan möminlər üçün çox gözəl bir nümunə və istifadəsi vacib olan bir metoddur. Həqiqətdə bunlar Allahın ehtimal edilən suallara verilməsini istədiyi qəti cavablardır. Mübahisə edənlərə veriləcək bir cavab aşağıdakı ayədə açıqlanır:
"Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 20).
Quranda onlara qarşı istifadə ediləcək bir başqa cavab isə belədir:
"De: "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!"" ("Bəqərə" surəsi, 139).
Kafirlərin və möminlərlə mübahisə edənlərin mühüm xüsusiyyətlərindən biri onların axirəti inkar etməsidir. "Təğabün" surəsinin 7-ci ayəsi bu azğın inancı və bu inancı müdafiə edənlərə verilməsi mühüm olan cavabı belə bildirir:
"Kafir olanlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. De ki: "Siz mütləq diriləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!"" ("Təğabun" surəsi, 7).
Bunlardan başqa, Allahın möminlərə örnək olaraq verdiyi bəzi cavab tərzləri belədir:
Cənnətə gedəcəyini iddia edənlərə
"Sən onlara de: "Əgər Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz doğru deyirsinizsə, onda ölüm istəyin!"" ("Bəqərə" surəsi, 94).
Allahın haqq dinindən başqa atalarının dininə uyanlara
"Onlara: "Allahın nazil etdiklərinə inanın!" - deyildikdə, onlar: "Biz özümüzə göndərilənə inanırıq" - deyərək, ondan başqasını inkar edirlər. Halbuki o onların əllərində olanı təsdiq edən bir həqiqətdir. Onlara söylə: "Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?" ("Bəqərə" surəsi, 91).
"Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını üzərinizə qaldırmış və: "Sizə verdiyimizdən möhkəm yapışın, eşidin!" - demişdik. Onlar isə: "Eşitdik və qarşı çıxdıq!" - dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!"" ("Bəqərə" surəsi, 93).
"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!"" ("Yunus" surəsi, 18).
"De: "Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir? Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs onda Allahdan qorxmursunuz?"" ("Yunus" surəsi, 31).
"De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?" O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirlər. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz onlar üçün bir daş-tərəzi qurmayacağıq!" ("Kəhf" surəsi, 103-105).
"De: "Əgər bilirsinizsə, bir deyin görək bu yer və yer üzündə olanlar kimindir?" Onlar mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə düşünmürsünüz?" De: "Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?" Müşriklər mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: "Bəs elə isə qorxmursunuz?" De: "Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?" Onlar mütləq: "Alla-hındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə nə cür döndərilirsiniz?"" ("Muminun" surəsi, 84-89).
"Həqiqətən, əgər sən: "Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?" - deyə soruşsan, onlar mütləq: "Allahdır!" - deyə cavab verəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların əksəriyyəti dərindən düşünməz!" ("Ənkəbut" surəsi, 63).
"Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdiklə-riniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!" De: "Ey qövmüm! Siz özünüzə uyğun tərzdə işinizi görün, mən də özümə münasib şəkildə işimi görəcəyəm. Siz mütləq biləcəksiniz" ("Zumər" surəsi, 38-39).
"Allah bizə əmr etmişdir ki, onun yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!" - deyənlərə belə cavab ver: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələrlə və dediyinizlə gəlmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?"" ("Ali-İmran" surəsi, 183).
"Ədəbsizlik etdikləri zaman: "Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir" - deyirlər. De: "Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?"" ("Əraf" surəsi, 28).
Allahı, dini, Quranı inkar edənlərə
"Kafir olanlara de: "Siz məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!" Necə də pis yerdir!" ("Ali-İmran" surəsi, 12).
"Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! O kəlmə budur: "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!"" ("Ali-İmran" surəsi, 64).
"De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən azar və doğru yola yönəlmişlərdən olmaram!" De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm, Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz məndə deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O ayırd edənlərin ən yaxşısıdır!" De: "Əgər təcili istədiyiniz mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda, əlbəttə, bitmiş olardı, Allah zalimləri daha yaxşı tanıyandır!"" ("Ənam" surəsi, 56-58).
"Onlar: "Allah heç bir bəşərə bir şey nazil etməmişdir" -deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. Siz özünüzün və atalarınızın bilmədiklərini öyrən-miş olursunuz. Sən: "Allah!" - deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda ilişib qalsınlar" ("Ənam" surəsi, 91).
"Kafir olanlara de: "Əgər onlar əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr"" ("Ənfal" surəsi, 38).
"Ayələrmiz açıq-aydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına dəyişmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram". De: "Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?"" ("Yunus" surəsi, 15-16).
Qiyamət saatını soruşanlara və əzabı görmək istəyənlərə
"Camaat səndən o saat barədə soruşar. De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat yaxındır" ("Əhzab" surəsi, 63).
"İnkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. De: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!"" ("Səba" surəsi, 3).
"Onlar deyirlər: "Əgər doğrudanışanlardansınızsa, bu vəd nə vaxt yerinə yetəcəkdir?" De: "Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq açıq-aşkar qorxudan bir peyğəmbərəm!" Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək və onlara: "Sizin istədiyiniz əzab budur!" - deyiləcəkdir. De: "Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan kim qurtara bilər?! De: "O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin açıq-aydın azmış olduğunu biləcəksiniz!" De: "Bir söyləyin görək, əgər suyunuz batıb getsə, kim sizə axar su gətirə bilər?!" ("Mülk" surəsi, 25-30).
Dinə qəzəblənənlərə
"Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq" - deyir. Xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De: "Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir" ("Ali-İmran" surəsi, 119).
"De: "Ey camaatım, əlinizdən gələni edin. Mən də yerinə yetirirəm. Axirət yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalimlər nicat tapmayacaqlar!" ("Ənam" surəsi, 135).
"Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!" ("Əraf" surəsi, 195).
"İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət dadızdırsaq, dərhal hiylə qurmağa girişərlər. De: "Allah daha tədbirlidir". Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri yazırlar!" ("Yunus" surəsi, 21).
"Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: "Sizə bundan daha pisini xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!"" ("Həcc" surəsi, 72).
Allahın ayə göndərməsini istəyənlərə
"Dedilər: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" De: "Allah möcüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti bilməz!" ("Ənam" surəsi, 37).
Möcüzə istəyənlərə
"De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram". De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?"" ("Ənam" surəsi, 50).
"Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: "Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?"" ("Ənam" surəsi, 109).
"Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və imanında bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz. De: "Gözləyin, doğrusu, biz də gözləyirik!"" ("Ənam" surəsi, 158).
"Müşriklər: "Barı, Peyğəmbərə Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!" - deyirlər. Onlara belə cavab ver: "Qeyb ancaq Allaha məxsusdur. Elə isə gözləyin! Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!"" ("Yunus" surəsi, 20).
"Kafir olanlar: "Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?" - deyirlər. De: "Allah istədiyini azdırır. Tövbə edən şəxsi isə Öz hidayətinə qovuşdurur" ("Rəd" surəsi, 27).
"De: "Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!" De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!"" ("İsra" surəsi, 95-96).
"Dedilər: "Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?" -dedilər. De: "Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq açıq-aşkar qorxudan bir peyğəmbərəm!"" ("Ənkəbut" surəsi, 50).
Rəsulu (s.ə.v.) mənfəətpərəstlikdə günahlandıranlara
"Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: "Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyüd-nəsihətdir"" ("Ənam" surəsi, 90).
"De: "Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"" ("Səba" surəsi, 47).
Rəsulu (s.ə.v.) yalançı sayanlara
"Əgər onlar səni yalançı hesab etsələr, de: "Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya verəcəyi əzabın da qarşısı alına bilməz!"" ("Ənam" surəsi, 147).
"Əgər səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!"" ("Yunus" surəsi, 41).
"Quranı Rəsul uydurdu", -deyənlərə
"Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!"" ("Yunus" surəsi, 38).
"Yoxsa; "Onu özündən uydurdu!" deyirlər. Onlara de: "Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və bu işdə Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın" ("Hud" surəsi, 13).
"Yoxsa: "O onu özündən uydurdu!" - deyirlər. Onlara belə cavab ver: "Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!"" ("Hud" surəsi, 35).
"De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"" ("İsra" surəsi, 88).
"Yoxsa onlar: "Onu özündən uydurmuşdur!" - deyirlər. De: "Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan qurtara bilməzsiniz. O sizin barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!" De: "Mən peyğəmbərlərin birincisi deyiləm. Rəbbimin mənimlə və sizinlə nə edəcəyini bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq açıq-aşkar qorxudan bir peyğəmbərəm!" De: "Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun özü kimisi ilə şəhadət verib iman gətirsə və siz təkəbbür göstərsəniz zalim olmazsınızmı? Allah zalimləri doğru yola müvəffəq etməz!"" ("Əhqaf" surəsi, 8-10).
Şirk qoşanlara
"Müşriklər belə deycəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. Onlara de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!"" ("Ənam" surəsi, 148).
"Hər bir kəsin nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! Allaha şəriklər qoşdular. De: "Bunlara bir ad verin görək! Yoxsa Allaha yer üzündə bil-mədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri, iftiraları gözəl göründü və onlar haqq yoldan üz döndərdilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz" ("Rəd" surəsi, 33).
"Onlar Allah yolundan döndərmək üçün Ona şəriklər qoşdular. Onlara belə de: "Hələ ki, əylənib kef çəkin. Axırda məskəniniz atəş olacaqdır!"" ("İbrahim" surəsi, 30).
"De: "Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylər-də bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalimlər bir-birinə ancaq yalan vəd verirlər" ("Fatir" surəsi, 40).
"İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və Allah yolundan çıxartmaq üçün Ona şəriklər qoşar. De: "Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!"" ("Zumər" surəsi, 8).
Şübhə edənlərə
"De: "Ey insanlar! Əgər mənim dinim barəsində şübhəyə düşmüsünüzsə, bilin ki mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir"" ("Yunus" surəsi, 104).
İman gətirməyənlərə
"İman gətirməyənlərə de: "Siz etdiyinizi edin, biz də etdiyimi-zi edəcəyik! Və gözləyin. Biz də gözləyirik!"" ("Hud" surəsi, 121-122).
Peyğəmbərliyi qəbul etməyənlərə
"Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. Onlara belə cavab ver: "Mənimlə sizin aranızda Allahın və Kitabı bilənlərin şahid olması yetər!"" ("Rəd" surəsi, 43).
Dirilişi yalan sayanlara
"Onlar: "Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?" - deyirlər. De: "İstər daş olun, yaxud dəmir! Və ya ürəyinizdə böyük bir məxluq bilin! Yenə diriləcəksiniz!". Onlar deyəcəklər: "O halda bizi kim qaytaracaqdır?" De: "İlk dəfə sizi yoxdan Yaradan!" Onlar sənə başlarını bulayıb: "Bu nə vaxt olacaqdır?" - deyə soruşacaqlar. De: "Bəlkə də, bu yaxın zamanda!"" ("İsra" surəsi, 49-51).
"Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi. De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!" ("Yasin" surəsi, 78-79).
"De: "Bəli, özü də zəlil olaraq dirildiləcəksiniz"" ("Saffat" surəsi, 18).
Möminlərlə mübarizə aparanlara
"Əgər səninlə mübahisə etsələr, onlara belə cavab ver: "Allah sizin nə etdiyinizi daha yaxşı bilir! İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda Öz hökmünü verəcəkdir!"" ("Həcc" surəsi, 68-69).
Kafirlərə Allahın verəcəyi cəzanın bildirilməsi
"De: "Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!" ("Maidə" surəsi, 60).
İnsanın əzabının anladılması
"De: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa deyin görək!"" ("Ənam" surəsi, 40).
"De: "Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?" Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər? De: "Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalim tayfadan başqası həlak edilərmi?"" ("Ənam" surəsi, 46-47).
"De: "Gizlində dua edib: "Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükr edənlərdən olarıq", -deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?" De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Bütün bunlardan sonra siz yenə də Ona şərik qoşursunuz?" De: "Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!" Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!" ("Ənam" surəsi, 63-65).
"De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?" De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?"" ("Qəsəs" surəsi, 71-72).
"De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər" ("Əhzab" surəsi, 17).
"De: "Rəbbim istədiyinin ruzisini artırar, istədiyininkini də azaldar. Lakin insanların əksəriyyəti bilməz!"" ("Səba" surəsi, 36). |