DİNİN ANLADILMASI
  1. Quran haqdır və dəyişdirilməmişdir

Dünya üzərindəki istənilən bir insandan Qurani Kərim haqqında nə bildiyini soruşsanız, o, sizə bunun İslam dininin müqəddəs kitabı olduğunu söyləyəcək. Bu, düzgün bir cavabdır, ancaq kifayət edəcək qədər deyil. Çünki Quran insanların böyük bir qisminin zənn etdiyi kimi, sadəcə dünyaya müsəlman kimi gəlmiş və ya sonradan müsəlmanlığı qəbul etmiş insanlara deyil, Allahın bütün bəşəriyyətə göndərdiyi və qiyamət günündə insanları cavabdeh sayacaq müqəddəs kitabdır. Ancaq insanların bir qismi qiyamət günündə cavabdeh olacaqları Quran haqqında çox az məlumata malikdir. Bu halda bütün insanların Quranın göndərilmə məqsədi və dinin hökmləri ilə bağlı hər xırdalıqları bilməsi və bunları da həyatlarında tətbiq etməsi lazımdır. İnsanın onu yaradan Rəbbinə qarşı cavabdehliyini öyrənəcəyi yeganə qaynaq Qurandır. Allah hesab günü insanları sadəcə Quranv görə cavabdeh sayacağını "Züxruf" surəsində belə bildirir:

"Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan! Şübhəsiz ki, o sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!" ("Zuxruf" surəsi, 43-44).

Quran Allahın kəlamıdır. Quran özündən əvvəl endirilmiş müqəddəs kitabları təsdiqləyir və haqla batili ayırır. Quran bütün inananlar üçün bir rəhbərdir və ona bənzər bir şey olmaq qeyri-mümkündür.
Quranın haqq kitab olduğunun açıq şəkildə ortada olmasına baxmayaraq tarix boyu bunu inkar edən insanlar olmuşdur. Bu insanların söylədiklərindən biri Quranın Peyğəmbər (s.ə.v.) tərəfindən yazılmış olması və ya özlərinin də belə bir kitab yaza biləcəkləri ilə bağlıdır. Allahın və Quranın üstünlüyünü qəbul etməmək üçün bu cür azğın fikirlər söyləyən insanların bu hərəkətləri hər dəfə böyük bir uğursuzluqla nəticələnmişdir. Həmçinin Quranın Allah dərgahından göndərilmiş haqq və misilsiz bir kitab olması ilə bağlı ayələr bu şəkildə bildirilir:

"De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"" ("İsra" surəsi, 88).

"Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. Lakin o özündən əvvəlkiləri təsdiq və kitabı ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur! Yoxsa: "Peyğəmbər onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!" Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlib çatmamış Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Bir gör zalimlərin axırı necə oldu!" ("Yunus" surəsi, 37-39).

Əslində, təbliğdəki əsas hədəf sözügedən insanların Quranı özlərinə rəhbər seçməsidir. Əks halda həqiqi bir imandan və qurtuluşdan danışmaq olmaz. İnsan cahil əxlaqının bütün şifahi və ya yazılı qanunlarından uzaqlaşaraq özünə yalnız Quranı rəhbər seçən və Quranın hər hökmünə çox dəqiq davranan bir möminə çevrilməlidir.
Bunun üçün də əvvəlcə Quranı tanımalı və onun Allah sözü olduğuna inanmalıdır. Bu səbəbdən təbliğ edilən şəxsə Quranın Allahdan bir vəhy olduğuna və endiriləndən bəri bir hərfinin belə dəyişmədiyinə dair açıq sübutlar göstərilməlidir.
"Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, hər şeyi eşidən və biləndir!" ("Ənam" surəsi, 115) ayəsindən də göründüyü kimi, Quran Allah tərəfindən endirilmişdir və yenə Onun tərəfindən qorunaraq dəyişdirilməsi əngəllənmişdir. Bu qorunmanı Allah "Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" ("Hicr" surəsi, 9) ayəsi ilə də xəbər verir.
Quranın qorunmasının ən mühüm dəlillərindən biri içində heç bir ziddiyyət və əyriliyin olmamasıdır. 23 il ərzində müxtəlif hadisə və şərtlərə görə endirilmiş olan ayələrin heç biri digəri ilə ziddiyyətli olan fikir və ya hökm daşımır. Bu vəziyyətə Allah bu ayə ilə diqqəti yönəldir:

"Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar" ("Nisa" surəsi, 82).

Bir başqa ayəyə görə də "Həmd olsun o Allaha ki, Quranı heç bir əyriliyə yol vermədən öz bəndəsinə nazil etdi" ("Kəhf" surəsi, 1). Əksini söyləyənlərə verilən cavab isə açıqdır: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa kimə gücünüz çatırsa, onu da çağırın!" ("Yunus" surəsi, 38). Allahın haqq dinini bildirdiyi Quran elə bir kitabdır ki, "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər" ("İsra" surəsi, 88).

  1. Ölçü Qurandır

 

"Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!" ("Maidə" surəsi, 50).

İnsanlar Allahın rizasını və cənnəti yalnız Qurana iman gətir-diklərini bəyan etməklə qazanmayacaqlar. Bu imanın həyata keçirilməsi, insanın gündəlik həyatının hər mərhələsində Quranı rəhbər tutması lazımdır. Əgər kitabı bilib tətbiq etməsə, "Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər..." ("Cümə" surəsi, 5) ayəsində göstərilən kimi ola bilər. Mühüm olan məsələ hər mövzunu Quranın rəhbərliyi ilə düşünmək, bununla bərabər içindəki cahil cəmiyyətin adət və ənənələrini rədd etməkdir.
İnsan qınadığı hər şeyi yalnız Qurana zidd olduğu üçün rədd etməli, bəyəndiyi bir şeyi yalnız Qurana uyğun olduğu üçün bəyənməli, qarşılaşdığı hər hadisədə Quranın rəhbərliyi ilə qərar verib hərəkət etməlidir. Əlbəttə ki, bu dəyişiklik bir gündə ola bilməz. Quranın əvvəlcə öyrənilməsi, sonra da həyata keçirilməsi müəyyən bir vaxt tələb edir. Ancaq mühüm olanı bu dəyişiklik üçün niyyət etmək, sonra da qərarlı şəkildə davranmaqdır. Təbliğat aparan insanın üzərinə düşən vəzifə isə əvvəlcə təbliğ etdiyi insanın bu dəyişikliyə başlaması üçün onu yola gətirmək, sonra da onun Qurana keçid mərhələsində etdiyi səhvləri gözəl bir dillə açıqlayaraq həmin şəxsə köməkçi olmaqdır.

  1. Dünya imtahan yeridir

 

Təbliğ edilən şəxs iman gətirdiyini bəyan etməklə "cənnət əhli" bir mömin olduğunu zənn edə bilər. Ancaq iman gətirdiyini bəyan etmək Qurana bağlı olaraq davam etdiriləcək olan uzun bir təlimin ilk addımıdır. Quran möminləri "...Bizim Rəbbimiz Allahdır deyən! - deyən, sonra da düz olan kəslər..." ("Fussilət" surəsi, 30) kimi təsvir edir. Bu düz istiqamət Allahın insanın imanını sınamaq və kamilləşdirmək məqsədi ilə edəcəyi bir çox imtahan və əngələ baxmayaraq tutdurulacaq. Bir ayədə bu şəkildə bildirilir:

"İnsanlar yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzda-nışanları da, yalançıları da çox gözəl tanıyar!" ("Ənkəbut" surəsi, 2-3).

Əslində müvəqqəti və yetərsiz olan bu dünyanın və onun üzərində yaşadığımız həyatın yaradılmasındakı səbəblərin birincisi insanın imtahan edilməsidir. İnsan üçün əsl yurd bu deyildir və müvəqqəti "gözləmə salonu"nda yalnız sınaq üçün olmaqdadır. Quranda bu həqiqətdən belə bəhs edilir:

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır" ("Mülk" surəsi, 2).

Sahib olduğu bədən də insana bir məqsədlə verilmişdir. Allah belə buyurur:

"Şübhəsiz ki, biz insanı qarışıq olan bir damcı sudan yaratdıq. Onu sınayırıq. Bu səbəbdən onu eşidən və görən etdik" ("İnsan" surəsi, 2).

İnsanın sınanmasının müxtəlif üsulları var. Ən mühüm olanlarından biri Allahın imtahan məqsədi ilə göstərdiyi çətinliklərdir. Bu hal Quranda belə açıqlanır:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlıqı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!" ("Bəqərə" surəsi, 155).

Quranda da rəsulların və ya onların yolunu gedən möminlərin necə imtahan edilməsinə dair bir çox nümunələr var. İman gətirdiklərinə görə ailələrinin və ya ətrafdakıların təzyiqləri, qarşılaşdıqları qorxu və təzyiqlər, böhtanlar, istehzalar, özlərinin xətaları - bunların hamısı bir sınaqdır. Bu üzüntü və çətinliklərə qarşı mömindən gözlənən davranış "...Mənə düşən gözəl bir səbirdir..." ("Yusif" surəsi, 18) de-yərək heç vaxt Allahın rəhmətinə və yaxınlığına şübhə etmədən hər növ çətinliyi yenə Allahın köməyi ilə dəf edəcəyini bilərək qəti qərarlılıq göstərməkdir.
Çətinliklər imtahan səbəbi olduğu kimi nemətlər də imtahan səbəbidir. Allah insana verdiyi nemətlə onun kamilliyini, Ona olan sədaqətini yoxlayır.
Nemətlə sınanmaqda məqsəd möminin cahiliyyə xarakterinin mühüm xüsusiyyətlərindən olan rifaha çatdıqda lovğalıqdan uzaq olmasının isbatlanmasıdır. Bu primitiv hərəkət cahil insanların ortaq düşüncəsi kimidir, əllərinə böyük bir sərvət və ya şöhrət keçdiyi zaman lovğalanmağa, azğınlaşmağa, digər insanlara qarşı zalım və təkəbbürlü davranmağa başlayırlar. Ürəkləri daşlaşır, Allahdan tamamilə uzaqla-şırlar.
Ancaq nemət insanı azğınlaşdırmaq üçün deyil, şükr etdirmək üçün verilir. Bunu düşünən mömin Qurandakı ifadə ilə desək, "dünya həyatının müvəffəq bəzəyindən" sadəcə olaraq Allahın rizasını qazanmaq üçün yararlanır, dünyəvi zövqləri və gözəllikləri istehlak etmək üçün yarışa girmir. Yaşadığı həyatda qarşısına heç bir şey təsadüfən çıxmamışdır, mütləq necə bir hərəkət edəcəyinin sınandığı bir vəziyyətlə qarşılaşır. Bunu bilən kimsə artıq dünyanın mühüm bir sirrindən agah olmuşdur. Beləliklə, Allaha xoş gedəcək ən gözəl, düzgün və ağıllı davranışı da göstərmiş olur.
Qısa dünya həyatında Rəbbi tərəfindən sınandığını qavrayan bir insan deməli, dinin ən mühüm təməllərindən birini qavramışdır. Bu səbəblə təbliğ edilən bir şəxs bu mövzuda əvvəlcədən maarifləndirilməlidir. Çünki həqiqətən iman gətirmişsə, qısa müddət ərzində müxtəlif çətinliklərlə qarşılaşacaq və səmimi bir imtahana sahib olub-olmayacağı məsələsində sınaqdan keçiriləcək.

  1. Din asandır və insanın yaradılmasına uyğundur

 

Cahil cəmiyyətdə dinə adət-ənənələr, yanlış inanclar və daha bir çox kənar ünsürlər təsir etmiş və nəticədə ortaya tətbiqi çox çətin, sapqın və yanlış bir model çıxmışdır. Buna dinə qarşı mübarizə aparan inkarçıların hədəfi olan təbliğatları da əlavə etdikdə çox insan İslamı çox çətin, tətbiq etdikdə insanı çətinliyə salacaq bir din kimi təsəvvür edir.
Ancaq bu, bir aldanma və yanlışlıqdır. İnsanı yaradan Allahdır və "Məgər yaradan bilməzmi? O, incəliyinə qədər biləndir; xəbərdardır" ("Mülk" surəsi, 14) ayəsində də vurğulandığı kimi, yaratdığı bəndəni ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı bilən Odur. İnsanlar üçün müəyyən etdiyi dini də onlara ən uyğun şəkildə vermişdir. Məqsəd insanları üzmək yox, onların ruhlarına ən uyğun olan sistem içində Rəbbini tanıması, Ona qulluq etməsi, həqiqi qurtuluş və xoşbəxtliyə çatmasıdır. Bir ayədə Allah belə buyurur:

"Allah yolunda layiqincə cihad edin. O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. Allah sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! " ("Həcc" surəsi, 78).

Bir başqa ayədə isə belə deyilir:

"Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Biz onu Allahın əzabından qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik" ("Taha" surəsi, 2-3).

İslamın məqsədi insanları asan və rahat olana dəvət etmək və insanları ən çox rahat olacaqları həyatla təmin etməkdir. Bu, Allahın rəhmətindəndir. Quranda belə deyilir:

"Allah istər ki, üzərinizdə olan ağırlığı yüngülləşdirsin, çünki insan zəif yaradılmışdır" ("Nisa" surəsi, 28).

Bu həqiqət təbliğ edilən insana mütləq geniş şəkildə anladılmalıdır. Beləliklə, nəfsin dindən uzaq durmaq üçün gətirdiyi ən böyük bəhanələrdən biri yox edilmiş olur. Dinin asanlığını insana açıqlayarkən onun cahiliyyədə öyrəndiyi din modelinin yanlışlıqları da göz önünə gətirilməli, İslamın bir parçası bildiyi xurafatlar onun beynindən silinməlidir.

5. Din məhdudiyyət və əzazillik deyil, azadlıqdır

Cahil cəmiyyət dinin "çətin" olduğuna inandığı qədər onun "əzazil""azadlıqları məhdudlaşdıran" olduğunu da düşünür. Bu səhv məntiqə görə, din insanlara müxtəlif məhdudiyyətlər qoyur və beləliklə də onların sərbəstliyini yox edir. Bu cəmiyyət içində özlərini "sərbəst" adlandıranlar da mümkün olduğu qədər dindən uzaqlaşır, hətta dinə qarşı çıxırlar.
Ancaq həqiqət bunun tam əksinədir. Din sərbəstlik, dinsizlik isə təzyiq və əsarət gətirər.
Lakin bu həqiqətin qavranması üçün əvvəlcə insan ruhunun tam mahiyyətinin tanınması lazımdır. Mövzunu bizə açıq şəkildə Quran bildirir və insan ruhunun "cüt yönlü" olduğunu "Şəms" surəsində belə açıqlayır:

"And olsun günəşə və onun işığına; And olsun günəşin ardınca çıxan aya; And olsun onu parlaq edən gündüzə; And olsun onu örtən gecəyə; And olsun göyə və onu yaradana; And olsun yerə və onu döşəyənə; And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu batıran isə, əlbəttə, ziyana uğrayacaqdır" ("Şəms" surəsi, 1-10).

Ayələrdə nəfslə bağlı verilən məlumatlarda göstərilir ki, Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm pisliyi, həm də ondan qorunmağa, yəni yaxşılığı ilham etmişdir. İnsanın içində bu iki güc eyni anda olur. İnsanın qurtuluşu isə bu pislikdən qorunmağı seçməsidir. Yox, əgər belə etməsə, süquta məhkum olar. Nəfsində pislik olduğunu qəbul etməz. Etmədiyi halda da bu pislikdən qorunacaq şüura sahib ola bilməz, ayənin ifadəsi ilə o pisliyin "üstünü örtər", daxlində onu bəsləyər. Bir sözlə, o pislik onu udar.
Nəfsin içindəki bu pisliyin varlığını qəbul edib ondan qorun-maq insana "fəlah"ı, yəni qurtuluşu gətirir. Sərbəstlik isə bu fəlahın özüdür.
Çünki insanı ətraf güclərdən daha böyük təzyiq altına alan əsl güc nəfsindəki sözügedən pislikdir. Bu pislik insanı xudbin edir, ona qısqanclıq gətirir. Həmişə bir inamsızlıq və gələcək qorxusu yaradır. Ən pisi də insanın nəfsindəki bu güc üzündən sonu olmayan bir məhdudiyyət və hirs içində boğuşmasıdır. Nəfsin içindəki bu güc həmişə insana daha çox mal-dövlət yığmasını, çox pul qazanmasını və cəmiyyətdə status əldə etməsini əmr edir. Zəngin olmaq böyük bir həvəsdir, bu, təmin edilsə, yeni həvəslər yaranacaq. Beləliklə də onlar bir-biri-nin ardınca davam edəcək. Nicatı bunlardan qurtarmaqla əldə etmək olar. Qurandakı ifadə ilə desək,

"...nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır" ("Həşr" surəsi, 9).

İnsan bu həvəslərin əsarətindən qurtardığı zaman müstəqilləşir. Bu məqamda artıq onun həyatının mənası sözügedən bitib-tükənməz həvəsləri əldə etmək deyil. Həyatdakı məqsədi yalnız Allahın razılığını qazanmaqdır ki, insan da elə bunun üçün yaradılmışdır.
Həqiqi sərbəstlik elə budur: Allaha qul olmaq və beləliklə də Allahdan başqa hər şeydən azad olmaq. Bu səbəbdəndir ki, Hz.İmranın həyat yoldaşı Qurana keçən bu duanı etmişdir:

"İmranın zövcəsinin: "Ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!" - dediyini xatırla!" ("Ali-İmran" surəsi, 35).

Eyni səbəbdən Hz.İbrahim atasına belə demişdir:

"O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?" ("Məryəm" surəsi, 42).

Rəsulların işi isə insanları nəfslərindəki tamahlardan və ya başqa insanlara qul olmaqdan qurtarmaq və onları yalnız Allaha qul olmağa dəvət etməkdir. İnsanlar yaradılış məqsədinə zidd olan bu azğınlıqlardan özləri qurtardıqca sərbəst olurlar. Elə bu səbəbdəndir ki, Quranda rəsul möminlərin "ağır yüklərini yüngülləşdirən və üstündəki buxovları açan" insanlar kimi tərif edilmişlər ("Əraf" surəsi, 157).
Elə bu səbəbdəndir ki, İslam cahil cəmiyyətin əksinə olaraq insana təzyiq etməz, onu sərbəst buraxar. Bunun təbliğ edilən qarşı tərəfə açıqlanması olduqca mühümdür. Mövzu yuxarıda anlatdığımız "sərbəstlik tərifi" ilə açıqlanmalı, həm də dini "təzyiqçi" bilməsinə səbəb olan xurafatlar və bidətlər (dinə sonradan keçmiş kənar ünsürlər) qarşı tərəfin zehnindən silinməlidir.
İslam müstəqillik tərəfdarı olduğuna görə onun təbliğ edilməsində də təzyiqdən istifadə edilməyəcək. Rəsulullaha (s.ə.v.) Allah Quranda bu əmri vermişdir: "Sən öyüd verənsən! Sən onların üzərində hakim deyilsən!" ("Ğaşiyə" surəsi, 21-22). Eyni mövzudan aşağıdakı ayədə də bəhs olunur:

"Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirər-sə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!" ("Bəqərə" surəsi, 256).

Təbliğ edilən şəxsə bu mövzu açıqlanmalı, nə İslamın qanunları, nə də onlarla yaxınlıq edən möminlər tərəfindən heç bir təzyiq və ya məcburiyyətlə qarşılaşmayacağı, bunun Quran əxlaqına zidd olduğu və Allahın razı olmadığı bir əxlaq olacağı söylənilməlidir. Beləcə, cahillərin keçirdiyi yersiz həyəcan hissi ortadan qalxar və təbliğin qarşısındakı əngəllərdən biri də aradan götürülür.


: :