İLK MÜBAHİSƏ

Qurana nəzər saldıqda ilk mübahisənin şeytan tərəfindən meydana gətirildiyini görürük. Quranda bu hadisədən belə bəhs edilir:

"Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam", - dedikdə mələklər: "Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?" - söylədilər. Allah onlara: "Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu. Allah Adəmi yaratdıqdan sonra Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərərək: "Doğrusunuzsa, bunların adlarını Mənə bildirin!" - dedi. Onlar: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən. Hikmət sahibi Sənsən", - dedilər. Sonra O: "Ey Adəm, bunların adlarını onlara bildir!" - dedi. Adəm onlara mələklərə bunların adlarını xəbər verdikdə Allah: "Mən sizə, göylərin və yerin gözə görünməyən sirdərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?" - buyurdu" ("Bəqərə" surəsi, 30-33).

Ayədən də göründüyü kimi, mələklər Allahın Adəmin yaradılması ilə bağlı verdiyi hökmünə narazılıq etməklə böyük bir xəta etmiş olurlar. Allahın sonsuz elminin yalnız kiçik bir qismini bildikləri üçün əvvəlcə Adəmin yaradılış hikmətini qavraya bilməmişlər. Buna baxmayaraq, Allahın hökmünə riayət etməlidirlər. Ancaq Allahdan Adəmin yaradılış hikmətini öyrənmək istəyirlər. Allah da onlara Adəmin yaradılışındakı hikməti açıqlayır. Belə halda bütün mələklər Allahın mərhəmətinə sığınır və etdikləri xətadan dönürlər. Sonra da hamısı Allahın bu hökmünə riayət edirlər. Yalnız birini çıxmaqla; o, inkar edir və Allahla mübarizə etməyə - Allahı tənzih edərik - başlayır! Yuxarıdakı ayələrdən sonra Quranda belə bildirilir:

"Biz mələklərə: "Adəmə səcdə edin!" dedikdə iblisdən başqa hamısı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu" ("Bəqərə" surəsi, 34).

Şeytan ona Adəmin yaradılış hikməti açıqlandığı vaxt Allahın verdiyi "Adəmə səcdə et!" əmrinə qarşı çıxır. Quranın bir başqa surə-sində şeytanın bu itaətsizliyinin arxasında duran "məntiq" belə açıqlanır:

"Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah Iblisə: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. İblis: "Mən ondan daha yaxşıyam, çünki Sən məni od-dan, onu isə palçıqdan yaratdın!" - dedi" ("Əraf" surəsi, 11-12).

Göründüyü kimi, şeytana "Allahla mübahisə etmək cəsarətini verən təkəbbürdür. Özünün Adəmdən daha üstün olduğunu zənn etməkdə, Allahın əmrinə itaət edib Ona səcdə etdikdə isə alçalacağını düşünməkdədir. Bunu özünə sığışdırmaz və mübahisə etməyə başlayar.
Bu vəziyyət mələklərlə şeytanın arasındakı fərqi açıq şəkildə ortaya çıxarır. Mələklər ilk əvvəl bir xəta edər və Allah Adəmi yaradacağını onlara xəbər verdikdə bundan narazılıqlarını bildirərlər. Halbuki Allahın hər işinin sonsuz bir hikmət olduğunu bilmələri və heç bir narazılıq etmədən itaət etmələri lazımdır. Bu xətalarına baxmayaraq Allah onlara əzab verməz və Adəmin yaradılışındakı hikməti göstərər. Bundan sonra da bütün böyük xətalarından əl çəkib tövbə edərək Allaha sığınar və Onun əmrinə itaət edərlər.
Şeytan isə bütün mələklərdən fərqli olaraq təkəbbürlüdür. Özünü üstün bir varlıq kimi görür və bu səbəbdən də Adəmin ondan üstün tutulmasına qarşı çıxır. Eyni şəkildə Allah Adəmin yaradılışındakı hikməti açıqlamaqla mələklərin əksinə olaraq Allaha itaət etməz.
Yəni doğrunu görür, "vicdanla anlayır, ancaq təkəbbürü üzündən qəbul etmir. Məqsədi doğrunu tapmaq və doğru davranmaq deyil, öz eqoistliyini təmin etməkdir.
Bu davranışına sözdə məntiqi zəmin yaratmaq üçün də ortaya özünün atəşdən yaradılmış olduğu fikrini atar. Ancaq bunun heç bir önəmi yoxdur; hər şey Allah tərəfindən yaradıldığına görə Allah istədiyini digərindən üstün tuta bilər. Ən mühümü budur ki, şeytan da bunu bilir, ancaq doğrunu deyil, özünü qane edən nəticəni axtardığı üçün guya bunları görmür və atəş-torpaq müqayisəsi ilə azğın məntiq irəli sürür. Bu məntiqi müdafiə etdiyi üçün də tez-tez mübahisə edir.
Və Allah onu lənətləyir. Quranda belə açıqlanır:

"Allah buyurdu: "Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçaqlardan-san!" İblis dedi: "Mənə qiyamətə qədər möhlət ver!" Al-lah buyurdu: "Sən möhlət verilənlərdənsən!" İblis dedi: "Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!" Allah buyurdu: "Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa cəzasını alacaq. Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!" ("Əraf" surəsi, 13-18).

Quranın başqa ayələrində isə eyni hadisədən belə bəhs edilir:

"Yenə yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" - deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. İblis: "Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!" -demişdi. İblis həmçinin: "Bir de görək nə üçün onu məndən üstün tutdun? Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram. Allah buyurdu: "Çıx get! Onlardan hər kəs sənə uysa, bil ki cəzanız cəhənnəmdir. Özü də tamam-kamal bir cəza! Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Şeytan yalnız yalan vəd verər! Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması kifayət edər!"" ("İsra" surəsi, 61-65).

Kainatdakı ilk mübahisə şeytanın Allah tərəfindən lənətlənməsi və qovulması ilə nəticələnmişdir. Şeytan isə Adəm oğullarını özü kimi azdırmaq üçün Allahdan möhlət almışdır.
Bəs şeytan insanları necə yoldan çıxara bilər? Şübhəsiz ki, bunun müxtəlif yolları olacaqdır. Həmçinin şeytan insanlara "qarşıla-rından və arxalarından, sağlarından və sollarından gələcəyini" ("Əraf" surəsi, 17) söyləməklə müxtəlif üslullardan yararlanacağını bildirmişdir.
Başlıca üsullardan biri şübhəsiz ki, şeytanın öz xüsusiyyətlərini insanlara keçirməsidir. Şeytana uyanlar da onun kimi təkəbbürlü, üsyankar, nankor və zəlil olacaqlar.
Digər məqsədləri isə eynilə şeytan kimi mübahisəni sevməsidir. Şeytan doğrunu gördüyü halda onu qəbul etmədiyi və öz eqoist xarakterinə uyğun olan hər şeyi mübahisə yolu ilə doğru kimi göstərməyə çalışdığı kimi onlar da təkəbbürlərini qorumaq üçün mübahisə edəcəklər. Mübahisə onlar üçün həyatın bir mənası olacaq, öz aralarındakı dialoqları "doğrunu tapmaq üçün fikir mübarizəsi" yerinə hər zaman "mənafelərini qane edən hər şeyin nə olursa olsun, səhv belə olsa müdafiə etmək üçün dirənmə, inad göstərmə" məntiqi üzərində quracaqlar.
Din insanın eqoistliyinə ağır gələcək və bəzi dünyəvi mənafe-ləri ilə toqquşacaq. Bu səbəbdən şeytanın mübahisə sevən xüsusiyyəti ilə yoğrulmuş olan insanlar onlara din açıqlandığı zaman da mübahisə yolunu seçəcəklər.
Vicdanları tərəfindən qəbul edilən dini bu istəkləri üzündən inkar edəcək, bu davranışlarına sözdə "məntiq" qata bilmək üçün də eynilə şeytan kimi mübahisə yolunu seçəcəklər.
Şeytan isə insanları Allahın haqq yolundan azdırmaq və bütün həyatlarını tüfeyli bir şəkildə keçirmələri üçün mübahisəni əlindən gəldiyi qədər qızışdırar və genişləndirər. İnsanların zehnini Allahla və axirətlə deyil, heç bir faydası olmayan boş mövzularla doldurmağa çalışdığı kimi eyni şəkildə mübahisə və çəkişməni də insanlara xoş və gözəl göstərir. Bu səbəbdəndir ki, Allah möminləri şeytanın bu mübahisəni qızışdırmasına qarşı xəbərdar etməkdə və Rəsula "Bəndələrimə de ki: "Gözəl sözlər söyləsinlər". Şeytan insanın açıq düşmənidir" ("İsra" surəsi, 53) hökmünü verir. Möminlər bu hökmə uymaqla öz aralarında heç bir mübahisəyə izn verməz və beləcə şeytanın bu xüsusiyyətindən qorunmuş olurlar.
Mübahisə möminlər üçün darıxdırıcı bir şeydir. İnkarçılar isə "...Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər" ("Nəml" surəsi, 24) ayəsində də bildirildiyi kimi, şeytanın "bəzəkli sözləri" ilə aldadılmışlar. Şeytan həmişə onları mübahisəyə yönəldir və onun "bəzəkli sözləri" ilə həm bundan şeytan bir zövq alır, həm də bunu doğru və normal bir şey kimi qəbul edirlər.
Yaşadığımız həyatda demək olar ki, hər gün buna bənzər bir çox nümunələr müşahidə etmək mümkündür. Gündəlik həyatda hər növ mövzuda bir çox mübahisənin şahidi oluruq. Müxtəlif  televiziya kanallarında, radiolarda yaxud da küçədəki insanlar arasında aparılan bu mübahisələrin təməl xüsusiyyəti onların bir neçə saatdan sonra heç bir konkret nəticə əldə etmədən bitməsidir. Axır vaxtlar bu mübahisələrdə din mövzusu mühüm bir yer tutaraq ön plana çıxmışdır. İnsanların çoxu kifayət qədər məlumatı ya da yölgöstərici bir kitabı olmadığı halda Allah haqqında mübahisələr edir. Bir qismi isə insanları doğru yoldan çəkindirmək üçün mübahisəyə girir. İndi Quranda diqqət çəkən nümunələri verilən bu növ mübahisələr və bu mübahisələri edənlərin xarakterik xüsusiyyətlərini incələyək.


: :